Bank Of Baku

Unudulmuş və unudulmaqda olan milli adət-ənənələrin öyrənilməsi ilə bağlı layihə həyata keçirilir

Unudulmuş və unudulmaqda olan milli adət-ənənələrin öyrənilməsi ilə bağlı layihə həyata keçirilir
# 22 aprel 2010 15:34 (UTC +04:00)
Bakı – APA. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsinin icrasına başlayıb. Bu barədə APA-ya birliyin sədri İlham Məmmədov məlumat verib.

İB layihə çərçivəsində hər bir insanın gündəlik həyatında rastlaşdığı və artıq ənənəliyini itirən adətlərimin öyrənilməsi və təbliğinə çalışacaq. Birlik hesab edir ki, bu sırada bayram adətləri, qonaqpərvərlik, milli geyimlər, rəqslər, ailə münasibətləri, toy və yas mərasimlərinin unudulmaqda olan adət-ənənəyə uyğun təbliğinə böyük ehtiyac var. Son illərdə bu mərasimlərdə bir bayağılaşma, milli dəyərlərdən, xalqın tarixi mental baxışlarından uzaqlaşma hiss olunmaqdadır. Hətta milli yaddaşımız olan bu ənənələrin bəzi rəmzləri belə unudulmaqdadır.

Layihənin məqsədi Azərbaycanın qədim adət-ənənələrini öyrənmək, yaşatmaq və müxtəlif vasitələrlə yeni nəsilə təbliğ etməkdir. Eyni zamanda milli adət və ənənələrimizlə mədəni inkişafın vəhdətdə olduğunu, milli, dini, mədəni irsimizin formalaşmasına təsirini araşdırmaq və ictimaiyyətə çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR