Bank Of Baku

Sumqayıtda sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 13% artıb

Sumqayıtda sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 13% artıb
# 23 aprel 2010 07:40 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Cari ilin birinci rübündə Azərbaycanın Sumqayıt şəhərində sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 13,5% artaraq 260 manat təşkil edib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib.

ŞİH-in Sosial-iqtisadi məsələlər şöbəsindən verilən məlumata görə, son 7 il ərzində bu göstərici şəhər üzrə təxminən 4 dəfə artıb.

Cari ilin birinci rübündə şəhərdə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 20 mln. manat, 2003-cü ildən etibarən isə ümumilikdə 1 mlrd. 525 mln. manatdan çox investisiya yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR