Bank Of Baku

Azərbaycanın ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 3126 abituriyent ərizə verib

Azərbaycanın ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 3126 abituriyent ərizə verib
# 23 aprel 2010 09:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün saat 12.00-a olan məlumata görə, artıq 3126 abituriyent Azərbaycanın ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, onlardan 2433-ü Azərbaycan, 693-ü rus bölməsi üzrə sənəd verib. Sənəd verən abituriyentlərin 1035 nəfəri ali məktəblərin I, 744 nəfəri II, 847 nəfəri III, 400 nəfəri IV ixtisas qrupunu seçib.

Qeyd edək ki, 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə sənəd qəbulu mayın 31-dək davam edəcək. Abituriyentlər tələb olunan sənədləri aprelin 30-dan mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR