Bank Of Baku

Azərbaycan paytaxtında zooloji parkın yaradılması üçün 55 hektar sahə ayrılıb

Azərbaycan paytaxtında zooloji parkın yaradılması üçün 55 hektar sahə ayrılıb
# 23 aprel 2010 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı şəhəri Qaradağ rayonunun Güzdək qəsəbəsi yaxınlığında zooloji parkın yaradılması üçün 55 hektar sahə ayrılıb.

APA-Economics”in məlumatına görə, bu bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

H.Bağırovun sözlərinə görə, ərazi nazirliyin elan etdiyi tender nəticəsində seçilmiş hollandiyalı ekspertlər tərəfindən qiymətləndirilib və orada zooloji parkın yaradılması məqsədəuyğun sayılıb.

H.Bağırov qeyd edib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Nazir onu da əlavə edib ki, parkda Azərbaycana məxsus olmayan bəzi heyvanların da saxlanılması mümkündür. Bunun üçün lazımi şərait yaradılacaq.

«Bu zooloji parkın yaradılmasında birinci məqsəd Bakını heyvanxanadan xilas etməkdir. Yaxın Şərq, Ön Asiya və Mərkəzi Asiyada ixtisaslaşmış böyük zooloji parklar yoxdur. Bu cür zooloji park regionda ilk olaraq Azərbaycanda həyata keçiriləcək», - deyə nazir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR