Bank Of Baku

Beynəlxalq kitab və müəllif hüquqları günü münasibətilə dəyirmi masa keçirilib

Beynəlxalq kitab və müəllif hüquqları günü münasibətilə dəyirmi masa keçirilib
# 23 aprel 2010 11:09 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda Beynəlxalq kitab və müəllif hüquqları günü münasibətilə dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, Azad İstehlakçlar Cəmiyyətinin sədri Eyyub Hüseynov Azərbaycanda satılan audio və video məhsullarının yarıya yaxınının, proqram təminatının 90%-nin kontrafakt (müəllif hüququnun pozulması ilə hazırlanan məhsul) olduğunu deyib. O, kitab çapı, kino sənayesi, informasiya texnologiyaları sahəsində müəllif hüquqlarının pozulduğunu söyləyib.
Ekspert Fariz Adıgözəlov da Azərbaycanda kontrafakt məhsul probleminin çox ciddi olduğuna diqqət çəkərək bildirib ki, bunun səbəbi müəllif hüquqları ilə bağlı məhkəmə araşdırması aparılmaması və məhkəmə presedentinin olmaması, istehlakçıların və müəlliflərin öz hüquqlarının qorunmasında passivlik göstərməsidir: “Azərbaycanda orijinal məhsul tapmaq kontrafakt məhsul tapmaqdan daha çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR