Bank Of Baku

BDU-nun şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

BDU-nun şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar
# 30 iyun 2010 12:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş «Novruz-1» birinci fars dili və ədəbiyyatı olimpiadasında iştirak edib. Universitetdən APA-ya verilən məlumata görə, fakültənin fars dili və ədəbiyyatını öyrənən tələbələri və həvəskar dinləyicilər arasında keçirilən «Novruz-1» olimpiadası 4 qrup üzrə 3 mərhələdən ibarət olub. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, “Novruz” adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb. Olimpiadada universitetin tələbələri ilə yanaşı, Xəzər və Bakı İslam universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar adlı məktəbin tələbələri də iştirak ediblər. Müsabiqənin qalibi Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Həzrətəli Məmmədov olub. Müsabiqənin 17 qalibi 1 ay müddətində İranda olacaq, fars dili və ədəbiyyatını daha dərindən təkmilləşdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR