Bank Of Baku

Yaponiya hökumətinin dəstəyi ilə Qusar rayonunun Piral kəndində su təchizatı yaxşılaşdırılıb

Yaponiya hökumətinin dəstəyi ilə Qusar rayonunun Piral kəndində su təchizatı yaxşılaşdırılıb
# 30 iyun 2010 12:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qusar rayonunun Piral kəndində Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən Qusar rayonun Piral kəndində su təchizatı vasitələrinin inkişaf etdirilməsi layihəsinin başa çatması münasibəti ilə iyulun 8-də açılış mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, ümumi məbləği 88,821 ABŞ dolları olan layihənin əsas məqsədi regionun ərazisinə uyğun və olan yerində idarə oluna bilən su paylama sistemlərinin inkişaf etdirilməsi olub. Nəticədə Qusar rayonunun Piral kəndinin 2200 sakini davamlı şəkildə içməli su təchizatı ilə təmin olunub. Bu su hövzəsindən gələn 6040 metr uzunluğunda olan köhnəlmiş su borularının yeniləri ilə dəyişdirilməsi və kənd daxilində layihə çərçivəsində yenicə tikilmiş 8 bulağın davamlı şəkildə su ilə təmin olunması üçün əlavə 6700 metrlik yeni su borusunun çəkilməsi ilə həyata keçirilib. Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Qusar rayonu İcra Hakimiyyətinin nümayəndəsi, Piral kənd Bələdiyyəsinin rəhbəri və Piral icmasının nümayəndəsi iştirak edəcək.
Bu, Yaponiya səfirliyinin Azərbaycanda həyata keçirdiyi artıq 14-cü su təchizatı layihəsi olmaqla bərabər Qusar rayonunda icra olunan 3-cü Ot Kökləri Qrant layihəsidir.

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf Üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR