Bank Of Baku

Azərbaycanda ilk dəfə “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda ilk dəfə “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 30 iyun 2010 12:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İyulun 24-30-da Azərbaycanda ilk dəfə olaraq, Bakıda “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən hidrogenin alınması və süni fotosintez kimi problemlər də müzakirə olunacaq.
Konfransın sədri Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti professor Ceyms Barber (Birləşmiş Krallıq), fəxri sədri isə akademik Cəlal Əliyevdir (Azərbaycan).
Konfransın təşkilat komitəsinin tərkibinə dünyanın aparıcı ölkələrinin fotosintez tədqiqatları sahəsində çalışan nüfuzlu alimləri daxildir.
Qeyd olunub ki, belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda ilk dəfə keçirilməsi
C. Əliyevin fotosintez sahəsində apardığı elmi-tədqiqatlar, əldə etdiyi böyük nailiyyətlər və qazandığı uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsidir.
Bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında çox mühüm rol oynayacaq, eyni zamanda Azərbaycan elminin digər sahələrinin dinamik inkişafına böyük stimul yaradacaq.
Konfransın materialları beynəlxalq “Biochimica et Biophysica Acta (Bioenergetics)” və “Journal of Hydrogen Energy” jurnallarının xüsusi buraxılışlarında çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR