Mahmud Kərimov: “Yeni attestasiya qaydalarının tətbiqi AMEA-da ixtisarlar aparmağa imkan verəcək” - MÜSAHİBƏ
- “Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiya” çərçivəsində hansı işlər görülür?
- “Elmin inkişafı üzrə milli strategiya”nın həyata keçirilməsi ilə əlaqədar Respublikada Elmin Təşkili və Əlaqələndirilməsi Şurası yaratmışıq. Bütün səlahiyyətlər demək olar ki, bu şuraya həvalə edilib. Şura artıq öz işinə başlayıb. Onlar müxtəlif sahələr üzrə elmin vəziyyətini öyrənərək, monitoriqn aparır, müxtəlif təkliflər veririlər. Elmi infrastrukturun daha da təkmilləşdirilmiəsi, kadrların səmərəli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq akademiyanın Rəyasət Heyətinə təqdim ediləcək. Təkliflər müzakirə edilib qəbul olunduqdan sonra icrası üçün tədbirlər görüləcək. Eyni zamanda, alimlərin sosial statusunu əks etdirən sənədlər, onların sosial şəraitinin yaxşılaşdırılması, alimlərin attestasiyası və digər proseslərin həyata keçirilməsi üçün normativ baza da olmalıdır. İndi bu sahədə həm hüquqşünas, həm də digər alimlərimiz birlikdə sənədlər hazırlayırlar.
- Alimlərin attestasiyası üçün yeni qaydalar hazırlanır. Bu qaydalar əvvəlkindən nə ilə fərqlənəcək?
- Mövcud sənəddə attestasiya yalnız elmi işçilərin bir vəzifədən digər vəzifəyə keçirilməsini nəzərdə tutur. Ancaq onların işdən azad edilməsi mümkün deyil. Bizim hazırladığımız yeni attestasiya qaydalarında bu müddəalar öz əksini tapacaq. Yeni qaydalar bundan sonra bizə imkan verəcək ki, elmi kadrlardan daha səmərəli istifadə edək, yaxşı işləyənlərin vəzifələrini artırılmasını təmin edək, yaxud işləməyənləri işdən azad edək. Qəbul olunandan sonra yeni attestasiya qaydaları tətbiq ediləcək. Yəqin ki, bu, payızda mümkün olacaq.
- Alimlərin, aspirantların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hansı tədbirlər nəzərdə tutulur?
- Bununla bağlı da bizə tapşırıqlar verilib. Artıq hazırlıq işləri görülür. Hesab edirəm ki, gənc alimlərin mənzillə təminatı, onların sosial vəziyyətinin yaxşılaşdırılması üzrə hansısa dövlət proqramı olmalıdır. Biz tərəfdən belə bir proqram hazırlanaraq hökumətə təqdim ediləcək. Bu proqramda evsiz alimlərin evlə təminatı da öz əksini tapacaq. Akademiyanın hazırda gənc alimlərini evlə, yaxud yataqxana ilə təmin etməyə imkanı yoxdur. Ona görə də hesab edirik ki, bu sahə üzrə hər hansı bir dövlət proqramı qəbul edilsə, bu problemlərin həlli həmin proqram üzrə mümkün olacaq.
- Alimlərin əmək haqlarının artırılması ilə bağlı yeniliklər gözlənilir?
- Açıq deyirəm ki, biz tərəfdən bununla bağlı təkliflər hazırlanmır. Prezident öz çıxışlarında bildirib ki, bu il büdcədə çalışanların əmək haqları artırılacaq. Biz də bunu gözləyirik və ümid edirik. Artımın nə qədər olacağını bilmirəm. Amma hər halda əmək haqlarının artımı olmalıdır, bu gözlənilir. Əsasən elmi işçilərin əmək haqlarının artımı gözlənilir, amma akademiyada çalışan bütün işçilərin də əmək haqları artırıla bilər.
- Ötən il doktoranturaya qəbul keçirilmədi. Bu ilki qəbulda 2009-cu il üçün də yerlər ayrılacaqmı?
- Həm doktoranturaya qəbul qaydaları, həm də doktorantura haqqında əsasnamə artıq bütün müvafiq təşkilatlarla razılaşdırılıb. Buradakı bütün mübahisəli məsələlər öz həllini tapıb. Çox güman ki, yaxın vaxtlarda bu sənəd təsdiqlənəcək. 2009-cu il üzrə doktoranturaya qəbul üçün yerlərin ayrılacağına da ümid etmirəm. Açığı, biz bu ili nəzərdə tutmuşuq. Çox güman ki, belə də olacaq.
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin akademiyanın işinə ciddi iradlar bildirməsindən sonra AMEA-da hansı dəyişikliklər baş verib?
- Cənab Ramiz Mehdiyevin məqaləsində əsasən Azərbaycanda humanitar və ictimai elmlərin vəziyyəti və problemləri haqqında söhbət açılır. Bu məqalə akademiyada da çox ciddi müzakirə edilib. Müəyyən tədbilər planı hazırlanıb. Hazırda bu istiqamətdə işlər aparılır. Ramiz Mehdiyev bir çox məsələlərə, o cümlədən plagiatlığa toxunub. Artıq plagiatlıqla bağlı iş görülüb. Ciddi tapşırıqlar vermişik, bu işlə məşğul olan bəzi şəxslər cəzalandırılıb. Cəzalandırılanlar əsasən Fəlsəfə İnstitutunda çalışan elmi rəhbərlərdir. Onlar artıq elmi rəhbərlikdən məhrum olunublar, bəziləri hətta vəzifələrindən azad edilib. Həm şura sədrlərinə, həm institut direktorlarına tapşırıq verilib ki, bu məsələdə daha prinsipial mövqe tutsunlar.
- Bəs, nöqsanların qarşısını almaq üçün görüləcək digər tədbirlər hansılardır?
- Bunlar humanitar və ictimai elmlər bölməsində mövzuların, mühüm istiqamətlərin seçilməsi, tədqiqatların səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Məsələn, azərbayçancılıq ideyasının işlənməsi və tətbiqi üçün də müəyyən tədbirlər planı hazırlamışıq. Çalışacağıq ki, bizə ünvanlanan iradları nəzərə alıb işimizi təkmilləşdirək.
- Cəzalandırılanlar Fəlsəfə İnstitutunda çalışanlar olub. Belə çıxır ki, plagitalıq yalnız bu institutda baş verib?
- Əfsuslar olsun ki, bu hal daha çox həmin institutda mövcuddur. Mən deyə bilmərəm ki, plagiatlıq başqa institutlarda yoxdur. Başqa institutlarda da bu kimi hallar var. Ancaq bundan sonra çalışacağıq ki, belə halların qarşısını alaq.
- Akademiyada ixtisarlar gözlənilir?
- Əgər yeni attestasiya qaydalarını tətbiq etsək, bu, bizə ixtisarlar aparmağa imkan verəcək. Həm elmi işçilər, həm də digər elmə xidmət göstərən insanlar ixtisara düşə bilərlər.
Sosial
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi açıqlanıb
Xəbər Lenti
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb - FOTO - YENİLƏNİB-3
Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
ADB: Azərbaycan elektromobillər və elektrik avtobuslarından ildə 18 mln. dollara qədər karbon gəliri əldə edə bilər
Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək
Aİ lideri Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb: Bunun mükafatı çox böyük olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
QDTİB-nin "SOCAR Trading"ə ayırdığı maliyyələşmə 70 mln. dollara çatıb
Ursula Fon der Lyayen: Aİ Ermənistana daha 18 milyon avro yardım edəcək
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Bağçalara uşaqların elektron qəbulu başlanılır
Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır
Azərbaycan-Aİ münasibətlərində yeni strateji mərhələ: Bakı Avropanın enerji və bağlantı xəritəsində rolunu daha da gücləndirir - RƏY
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi açıqlanıb
SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub - FOTO
Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
Bakıda maşın piyadanı vuraraq öldürüb
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Kiyevdə matəm elan edilib
Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb
FHN parklanma ilə bağlı sürücülərə müraciət edib - VİDEO
QDTİB fəaliyyətə başladığı vaxtdan layihələrə 9 mlrd. avrodan çox vəsait ayırıb
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
QDTİB prezidenti: Azərbaycanla 20 ildən artıq davam edən tərəfdaşlığımız qarşılıqlı etimada əsaslanır
Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır
İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verilib
Sahil Babayev: Orta Dəhliz Azərbaycanın strateji mövqeyini daha da gücləndirir
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
Nazir: Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərindən sonra Ermənistana gedib
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - FOTO
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO
Dövlət Xidməti Sumqayıtda şadlıq sarayında yanğın-taktiki təlimi keçirib - VİDEO