Bank Of Baku

İyul ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti

İyul ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti
# 01 iyul 2010 07:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyul ayı ərzində yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanacağı, aylıq yağıntı miqdarının iqlim normasına yaxın, əksər rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturun 25-26 dərəcə isti (gecələr 21-24, gündüzlər 30-33 dərəcə isti, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 16-21, gündüzlər 30-34 dərəcə isti, ayrı-ayrı günlərdə isə 36-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti (gecələr 11-15, gündüzlər 20-24 dərəcə isti, ayrı-ayrı günlərdə isə 26-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayılda havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti (gecələr 16-21, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 25-30 dərəcə isti, ayrı-ayrı günlərdə isə 32-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Mərkəzi Aran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti (gecələr 19-23, gündüzlər 31-36 dərəcə isti, ayrı-ayrı günlərdə isə 38-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti (gecələr 18-22, gündüzlər 28-33 dərəcə isti, ayrı-ayrı günlərdə isə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, (norma 7-33 mm) bəzi yerlərdə bir qədər çox olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR