Bank Of Baku

Avropa Komissiyası Azərbaycanın səhiyyə sahəsindəki islahatlardan razı qalıb

Avropa Komissiyası Azərbaycanın səhiyyə sahəsindəki islahatlardan razı qalıb
# 01 iyul 2010 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinə dair Tərəqqi Hesabatında səhiyyə sahəsində olan irəliləyişlərə aid xülasə verilib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə,
Avropa Komissiyasının Avropa Parlamenti və Şurasına müraciətini müşayiət edən sənədin səhiyyəyə aid bölməsində bildirilir ki, Azərbaycanda səhiyyə sektorunun təşkilati strukturunun təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və səmərəliliyini yüksəltməyə yönəlmiş islahatlar davam etdirilir. Hesabatda əhalinin həssas qruplarına və regionlarda tibbi xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi vurğulanır.
Sənəddə o qeyd edilir ki, 2008-2012-ci illəri əhatə edən müddət üçün ölkədə “Səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının” icrası davam etməkdədir. Əvvəlki illə müqayisədə Azərbaycanda səhiyyə sektoruna çəkilən xərclər əhəmiyyətli dərəcədə artıb. İnfeksion xəstəliklərə qarşı mübarizəyə hazırlıq planının və geniş masştablı immunizasiya proqramı yoluxucu xəstəliklərə, xüsusilə A(H1N1) qripinə qarşı mübarizə üzrə bir sıra tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR