Bank Of Baku

YAP Qadınlar Şurası Lerikdə xeyriyyə aksiyasına başlayıb

YAP Qadınlar Şurası Lerikdə xeyriyyə aksiyasına başlayıb
# 01 iyul 2010 13:43 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası bu gün Lerik rayonunda xeyriyyə aksiyasına start verib. Lerik Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, YAP Qadınlar Şurasının təşəbbüsü ilə Bakıdan gəlmiş təcrübəli həkimlərdən ibarət briqada Lerik Mərkəzi Rayon Xəstəxanasının binasında uşaqların diaqnostikası və müayinəsini həyata keçirir. Aksiyanın birinci günü burada 100 nəfərdən çox uşaq pulsuz müayinə olunub.
Xeyriyyə aksiyası bir həftə davam edəcək və diaqnostik müayinədən keçən uşaqlar üçün müalicə kursları təyin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR