Bank Of Baku

Gürcüstanda iyulun 5-də azərbaycanlı və erməni abituriyentlər ana dilində imtahan verəcəklər

Gürcüstanda iyulun 5-də azərbaycanlı və erməni abituriyentlər ana dilində imtahan verəcəklər
# 01 iyul 2010 13:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. İyulun 5-də azərbaycanlı və erməni abituriyentlər Gürcüstan ali məktəblərinə ana dillərində imtahan verəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev bildirib. Onun sözlərinə görə, Gürcüstan üzrə 335 nəfər azərbaycanlı və 251 nəfər erməni orta məktəbini bitirən şagirdlər ali məktəblərə qəbul olmaq üçün qeydiyyatdan keçiblər: “Azərbaycanlı abituriyentlər üç şəhərdə qəbul imtahanı verəcəklər. Tiflisdə 248 nəfər, Rustavidə 79, Telavi şəhərində isə 8 nəfər azərbaycanlı abituriyent qəbul imtahanlarında iştirak edəcəklər. İyulun 5-də azərbaycanlı və erməni abituriyentləri ana dillərində ümumi qabiliyyət üzrə imtahan verib, bir il dövlət dilini öyrəndikdən sonra yenidən imtahan verərək 60 kredit topladıqdan sonra gürcü ali məktəblərində istədikləri ixtisaslar üzrə təhsil alacaqlar”.
Fəxri Hacıyev APA-ya açıqlamasında qeyd edib ki, indidən 27 Gürcüstan ali məktəbi azərbaycanlı və erməni abituriyentlərə təhsili üçün yer ayırıb. “Cavaxişvili adına Tiflis Dövlət Universiteti 126 yer, Tiflis Tibb Universiteti 55 yer ayırıb, digər təhsil ocaqlarında da müəyyən yerlər var. Bütün bu güzəştli şərtlər Gürcüstan prezidentinin 19 noyabr 2009-cu il tarixli “Ali Təhsil haqqında” qanunda etdiyi dəyişikliklərdən sonra həyata keçirilməyə başlayıb. Bu güzəştli şərtlər 2018-2019-cu illərə qədər qüvvədə qalacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR