Bank Of Baku

QHT-lə Dövlət Dəstəyi Şurasının jurnalistlər üçün elan etdiyi müsabiqəyə məqalələrin qəbulu başa çatıb

QHT-lə Dövlət Dəstəyi Şurasının jurnalistlər üçün elan etdiyi müsabiqəyə məqalələrin qəbulu başa çatıb
# 01 iyul 2010 14:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün elan etdiyi müsabiqəyə məqalələrin qəbulu başa çatıb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Şura sədri Azay Quliyev müsabiqəyə daxil olan məqalələri qiymətləndirəcək peşəkar jurnalistlərdən ibarət münsiflər heyəti ilə görüşüb.
Görüşdə, jurnalistlər üçün gələcək müsabiqələrin təşkili, yazıların qiymətləndirilməsi və müəlliflərin mükafatlandırılması haqda ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, martın 17-də elan edilən müsabiqə jurnalistlərin QHT mövzusunu müxtəlif aspektlərdən işıqlandırmasını nəzərdə tutub. Müsabiqəyə 30 müəllif məqaləsi daxil olub.
Müsabiqənin nəticələrinin Milli Mətbuat Günü ərəfəsində açıqlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR