Bank Of Baku

Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində aparılan abadlıq işləri başa çatıb

Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində aparılan abadlıq işləri başa çatıb
# 02 iyul 2010 07:42 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində aparılan abadlıq işləri başa çatıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verib.

Mikrorayon ərazisində 8 600 kvadratmetr asfalt örtüyü salınıb. Ümumilikdə 3 100 kvadratmetr əraziyə tamet döşənib. Bundan əlavə, ərazidə 1 500 ədəd mövsümi gül, dekorativ kol və ağaclar əkilib. Bütün bunlarla yanaşı, ərazinin tam işıqlandırılması məqsədilə 1 500 p/metr yeni kabel xətti çəkilib, 25 ədəd yeni işıq dirəkləri, 27 ədəd müasir tipli oturacaq quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR