Bank Of Baku

Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək

Azərbaycanda havanın temperaturu 42 dərəcəyə yüksələcək
# 02 iyul 2010 11:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gündüz 30-34, axşam 24-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyulun 3-də hava yağmursuz keçəcək, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 32-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyulun 4-də şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 35-38 dərəcə isti olacaq.

İyulun 5-də şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 22-25, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 3-də hava, əsasən yağmursuz keçəcək. Şimal-sərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

İyulun 4-5-də hava, əsasən yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 28-33 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR