Bank Of Baku

Sentyabrda Gürcüstanın orta məktəblərində yeni qiymətləndirmə sistemi tətbiq olunacaq

Sentyabrda Gürcüstanın orta məktəblərində yeni qiymətləndirmə sistemi tətbiq olunacaq
# 03 iyul 2010 08:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yeni dərs ilində Gürcüstanda orta məktəblərdə yeni qiymətləndirmə sistemi tətbiq olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin müəllimlərlə görüşündə bildirib. Nazirin məlumatına görə, yeni qiymətləndirmə sistemi ilə yanaşı, orta məktəblərdə yeni jurnallar da tətbiq ediləcək. Sinif jurnalları iki yaş kateqoriyasına bölünüb, 1-4 və 5-12-ci siniflər üçün: “Jurnal istifadə üçün çox sadə və məlumatlı sənəd olacaq. Sinif jurnalları müəllimlər üçün asan, valideyn və şagirdlər üçün şəffaf olacaq. Jurnallarda qiymətləndirmə faizlə deyil, 10 ballıq sistemdə tətbiq ediləcək. Şagirdlərin bilik səviyyəsi üç komponentlə müəyyən ediləcək - ev tapşırığı, sinif işi və yoxlama”.
Nazir qeyd edib ki, tutulan iradlar, verilən təkliflər sinif jurnallarının axırıncı variantında nəzərə alınacaq.

Marneuli rayon Təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya açıqlamasında məktəblərdə istifadə ediləcək yeni jurnalların iyunun 2-də təqdimatının keçirildiyini bildirib: “Yeni jurnallar bütün Gürcüstan məktəbləri kimi Marneulidə fəaliyyət göstərən 81 məktəbdə, eyni zamanda 54 Azərbaycan dilli məktəbdə istifadə olunacaq. Bu çox sadələşdirilmiş və yeni formada olan jurnallardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR