Bank Of Baku

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Azərbaycana gələcək

BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Azərbaycana gələcək
# 03 iyul 2010 10:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, “Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda keçiriləcək konfransda adıçəkilən şəxslərlə yanaşı, Gürcüstanın ətraf mühit naziri, Rumıniya, Belarus, Moldova, Qırğızıstanın ətraf mühit nazirlərinin müavinləri və digər səlahiyyətli nümayəndələr iştirak edəcəklər. Qonaqlar konfransın iyulun 7-də keçiriləcək iclasına qatılacaqlar.

Konfransın ilk iki günü isə ekspertlər səviyyəsində olacaq. Konfransın məqsədi 2010-cu il sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasının Bioloji müxtəliflik üzrə Seqmentinə Avropa regionunun töhfəsini verməkdir. “Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində keçiriləcək seminarda isə 4 sessiya-Şərqi Avropa və Mərkəzi Asiyada biomüxtəliflik; Şərqi Avropa və Mərkəzi Asiya regionlarında biomüxtəlifliyin qorunması; Ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı; Regional və milli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılmasına aid müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR