Bank Of Baku

ANAMA-nın hazırladığı “Mina təhlükəsi” dərsliyinin tərcümə olunmuş nüsxələri avqust ayında Əfqanıstana göndəriləcək

ANAMA-nın hazırladığı “Mina təhlükəsi” dərsliyinin tərcümə olunmuş nüsxələri avqust ayında Əfqanıstana göndəriləcək
# 03 iyul 2010 12:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hazırladığı «Mina təhlükəsi» dərsliyinin dəri və puştun dillərinə tərcümə olunmuş nüsxələri avqust ayında Əfqanıstana göndəriləcək. Bubarədə APA-ya ANAMA-nın baş direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, dərslik Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımları çərçivəsində Əfqanıstan tərəfinin müraciətinə əsasən bu ölkəyə göndərilir. Dərslik 10 min tirajla nəşr olunacaq və Əfqanıstanın Təhsil Nazirliyinə veriləcək.

Qeyd edək ki, «Mina təhlükəsi» dərsliyi ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə Departamentinin meneceri Musa Cəlalov tərəfindən hazırlanıb və hazırda Azərbaycanın cəbhəyanı məktəblərinin 4-6-cı sinflərində tədris olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR