Bank Of Baku

TQDK “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait nəşr edib

TQDK “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait nəşr edib
# 07 iyul 2010 14:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası III ixtisas qrupunun abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr edib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışında “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait çap olunub. Vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib. Analoji vəsait I ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR