Bank Of Baku

Tovuzda iki su anbarı tikiləcək

Tovuzda iki su anbarı tikiləcək
# 07 iyul 2010 21:18 (UTC +04:00)
Bakı-APA. Tovuz rayonu əhalisinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə şəhərdə tutumu 2 min kubmetr, Dondar Quşçu kəndində isə 500 kubmetr olan su anbarları tikiləcək. APA-nın məlumatına görə, bu barədə «Azərtac»a Tovuz rayon Su-Kanal İdarəsinin rəisi Arif İsmayılov bildirib.

Xatırladaq ki, Zəyəm çayından 39,5 kilometrlik su xəttinin çəkilişi cari ilin mart ayında başa çatıb. Bu kəmərin köməyi ilə Tovuz şəhəri, Aşağı Quşçu kəndinin içməli su problemi həll olunub. Hazırda Dondar Quşçu, Abulbəyli, Bozalqanlı, Cəlilli, Cırdaxan, Aşağı Öysüzlu kəndlərinə suyun verilməsi üçün işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR