Bank Of Baku

Bu gündən 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayır

Bu gündən 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə sənəd qəbulu başlayır
# 08 iyul 2010 08:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gündən ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərizə qəbulu internet vasitəsilə avqustun 10-dək aparılacaq. Abituriyentlər həmin müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2010) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçməli və iş nömrəsi ilə şifr əldə etməlidirlər.

Abituriyent iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olmalı və onu doldurmalıdır. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR