Bank Of Baku

Avropada pensiya yaş həddi 70-ə qaldırıla bilər

Avropada pensiya yaş həddi 70-ə qaldırıla bilər
# 08 iyul 2010 10:24 (UTC +04:00)
Bakı. Murad Əhmədov - APA-Economics. Avropa Komissiyası (AK) əhalinin sürətlə yaşlanması səbəbindən pensiya yaş həddinin 2030-cu illərdə 70 yaşa yüksəldilməsinin vacibliyini bildirib.

APA-Economics”in xəbərinə görə, AK yetkilisi Laszlo Andor dünən açıqladığı hesabatda əhalinin yaşlanma səbəbi ilə Avropa Birliyində (AB) işləyən yaşdakıların sayının 2012-ci ildə sürətlə azalacağı haqda xəbərdarlıq edib.

Son 50 ildə AB-də orta yaş həddinin 5 il artdığına və 2060-cı ilə qədər daha 7 il uzanacağına diqqət çəkən Andor 2060-cı ildə 65 yaşdan yuxarı hər bir şəxsə işləyən yaşdakı 2 nəfərin düşəcəyini qeyd edib. Almaniya, Danimarka, Hollandiya, İngiltərə, İrlandiya və İsveç 2020-ci illərdə pensiya yaş həddini ən azı 67 yaşa yüksəltməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR