Bank Of Baku

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində növbəti seminar keçirib - FOTO

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində növbəti seminar keçirib - <font color=red>FOTO</font>
# 08 iyul 2010 09:16 (UTC +04:00)
Bakı-APA. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli rayonunun “Qayıdış” qəsəbəsinin 6 və 7 saylı orta məktəblərində növbəti seminar keçirib. APA-nın məlumatına görə, hər iki məktəbdə təşkil olunan seminarlarda orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər. Tədbirdə İctimai Birliyin təlimçiləri Mirmehdi İbişov və Mirdamət Quliyev hazırda dünyada mövcud olan ekoloji problemlərlə bağlı iştirakçılara məlumat veriblər. Azərbaycanda, xüsusilə “Qayıdış” qəsəbəsinin yerləşdiyi Haramı düzündə mövcud olan ekoloji problemlər, yaşıllıqların azlığı, ermənilərin işğal altında olan torpaqlarda törətdiyi yanğınlar barədə çıxışlar edilib. Həmçinin, problemlərin həlli üçün şagirdlərin öz təşəbbüsləri ilə ata biləcəyi addımlar, yeni yetişən nəsildə ekoloji tərbiyənin gücləndirilməsi və ekoloji sağlamlığın əhəmiyyəti seminarda izah edilib.

Təşkilatın bundan əvvəl keçirdiyi seminardan sonra yeniyetmələrin ekoloji problemlər və ekologiyanın qorunması ilə bağlı öyrəndiyi biliklər əsasında fikir mübadiləsi aparılıb, onların da bu istiqamətdə təklifləri dinlənilib.

Daha sonra təşkilatın hazırladığı “Ekoloji tərbiyə” bukleti iştirakçılara paylanıb. Bukletdə Azərbaycanın ekoloji vəziyyəti və mövcud problemlər, problemlərin həlli işə bağlı ekspert rəyləri, yeniyetmələrin ekologiyanı qoruması üçün tərbiyəvi tezislər yer alıb.

Seminarda orta məktəblərin müəllimləri, təhsil işçiləri, bələdiyyə nümayəndələri də dinləyici kimi iştirak ediblər.

Qeyd edək ki, ictimai birlik Haramı düzündə yeni salınmış “Qayıdış” və “Xocavənd” qəsəbələrində yaşayan məktəblilərin ekoloji cəhətdən maarifləndirilməsi, onlarda yaşıllıq salmaq təşəbbüslərinin gücləndirilməsini vacib hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR