Bank Of Baku

Qəbələdə qanvermə aksiyası keçirilib

Qəbələdə qanvermə aksiyası keçirilib
# 08 iyul 2010 11:01 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Qəbələ Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında gün ərzində 135 nəfər rayon sakini könüllü olaraq iştirak edib.

Xeyriyyə tədbirində Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin, 10 saylı ərazi Vergilər İdarəsinin və Mərkəzi rayon Xəstəxanasının kollektivi daha fəal iştirak edib. Gün ərzində 30 litrdən çox qan toplanıb. Qan ehtiyatı Respublika Qan Bankına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR