Qızmar yay və əmək qanunvericiliyi - ARAŞDIRMA
R. Nağıyev deyib ki, günvurma hadisələri daha çox cavanlar, xüsusilə kişilər arasında müşahidə edilir. Bu yaş kateqoriyasında olanlar səhhətlərinə fikir verməyərək çimərliklərdə, küçələrdə günəş şüaları altında çox vaxt keçirdiklərindən onları gün daha tez vurur. Azyaşlı uşaq və yaşlıları gün vurması isə nadir hallarda baş verir. Günvurma hallarının açıq hava şəraitində çalışan insanlar arasında olma hallarına gəldikdə, R. Nağıyev deyib ki, ötən il işləyən zaman 1-2 nəfəri gün vurub. Amma bu il hələlik belə hal baş verməyib.
Günvurmanın ilk əlamətlərinə gəlincə, xəstəlik əsasən ürəkbulanması, fasilələrlə qusma, baş ağrısı, gicəllənmə və rəngin avazıması ilə müşahidə olunur. Günvurmanın üç ağırlıq dərəcəsi (yüngül, orta və ağır) var. İsti otaq və ya sexdə işləyənlərin isti vurma halı da günvurmaya bənzər əlamətlərlə müşahidə olunur. R. Nağıyev bildirib ki, yüngül dərəcədə bədən temperaturu 38 dərəcəyədək yüksəlir, halsızlıq, baş gicəllənmə, ürək bulanma, tər, baş ağrısı müşahidə oluna bilər. Orta dərəcəli günvurmada bədən temperaturu artıq 40 dərəcəyə yaxın olur, halsızlıq baş verir, huşun itirilməsi, qıcolma da mümkündür. Bədən temperaturu yüksək olduğu üçün ətrafa reaksiya da itir. Ağır dərəcəli günvurmada bədən temperaturu 40 və 40 dərəcədən yüksək olur. Bədən quru olur, huşsuzluq, tez-tez xroniki qıcolma baş verir, xəstənin ətraf mühitə heç bir reaksiyası yaranmır. Bu mərhələdə yardım olunmasa, xəstə ölə bilər.
Günvurma hadisəsinin baş verməməsi üçün mütəxəssislər əhaliyə ilk növbədə bir sıra tövsiyələrə riayət etməyi məsləhət görür. Belə ki, sutkanın 12.00-18.00 saatlarında açıq havada, gün altında mümkün qədər az olmaq vacibdir. İsti havada orqanizmin su, duz mübadiləsini tənzimləmək məqsədi ilə maye qəbulunun artırılması, çimərliklərə səhər - 11.00-a qədər və axşam saatlarında - 19.00-dan sonra getmək daha məqsədəuyğundur. Ürək-damar, endikrinoloji, sinir sistemi xəstələrinin, hamilə qadın, azyaşlı uşaq, qoca və ahılların isti hava şəraitində qeyd edilən tövsiyələrə daha ciddi riayət etmələri vacib sayılır. Çünki mütəxəssislər temperaturun həddindən artıq yüksək olmasının insan orqanizmində bir sıra problemlər yaratdığını bildirir.
Günvurma səhhətindən asılı olmayaraq istənilən adamı yaxalaya bilər. Belə ki, günvurma insanda beyin damarlarının daralmasına, dəri damarlarının genişlənməsinə, qanın qatılaşmasına və təzyiqin aşağı düşməsinə səbəb olur. Günvurmadan hətta göz bəbəklərində qansızmalar və burun qanaxması da baş verə bilər. Sadalanan hallar ortaya çıxan zaman xəstəyə vaxtında tibbi yardımı göstərilməzsə, günvurma ölümlə nəticələnə bilər. Qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkən insanlara gün şüaları daha çox mənfi təsir göstərir. Şüaların təsirindən onlarda hətta beyinə qansızma - insult baş verə bilər. Ürək xəstəliyi olan insanların isə günvurmadan infarkt keçirməsi də mümkündür.
Meteodurum xoşa gəlməz olan günlərdə hətta sağlam adamlarda da qan təzyiqinin dəyişməsi - yüksəlməsi, əzginlik, yuxusuzluq, bəzən isə yuxululuq, sinir sisteminin oyanması kimi əlamətlər müşahidə oluna bilər. Əgər sağlam adamlarda belə hallar baş verirsə, xəstə adamlarda meteo-günlərdə bu əlamətlər özünü daha bariz nümayiş etdirir. Belə ki, xəstələr daşıdıqları xəstəliklərə qarşı preparatları vaxtında qəbul etməlidir ki, bu yolla da bir sıra ürək-damar xəstəliklərinin qarşısını almaq mümkündür.
Günvurma hallarının artmasına küləklər də müəyyən mənada təsir göstərir. Belə ki, külək mülayim olduqda istinin orqanizmə o qədər təsiri olmur. Hava rütubətli olduqda və güclü gilavarın əsdikdə atmosferdə oksigenin miqdarı azalır. Oksigen çatışmazlığı üzündən isə ürək-damar xəstəliklərinin daşıyıcılarında müxtəlif böhranlar, narahatçılıqlar baş verə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov APA-ya bildirib ki, iyul ayı ərzində ən maksimal temperatur Aran rayonlarında 40-41 dərəcə qeydə alınıb. Onun sözlərinə görə, bu temperatur iyul ayı üçün çox da yüksək sayılmır. Çünki əvvəlki illərdə iyul aylarında daha yüksək temperatur - 42-43 dərəcə isti qeydə alınıb.
Qeyd edək ki, əvvəllər Əmək Məcəlləsinə əsasən, 45 dərəcə istidən yüksək temperatur qeydə alındıqda iş fəaliyyətinin davam etdirilməsinə qadağa qoyulurdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov isə APA-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, artıq havanın hərarəti 41 dərəcədən yüksək olduqda işçilər açıq havada günəş şüası altında işləyə bilməzlər. Belə günlərdə ya iş dayandırılmalı, ya da işçilərə fasilə verilməlidir. İşçiyə fasilə verilirsə, onun tarif maaşına uyğun əmək haqqı verilməlidir. İş dayandırılırsa, işçiyə işsiz qaldığı üçün tarif maaşının üçdə iki hissəsindən az olmayaraq, pul ödənilməlidir.
M. Məhərov deyib ki, Azərbaycanda hələ 41 dərəcədən yüksək temperaturun olması faktı qeydə alınmayıb. Buna görə də hələ hansısa müəssisədə işin dayandırılmasına zərurət yaranmayıb. İyulda Aran rayonlarının 41 dərəcə istinin qeydə alındığı bəzi ərazilərində iş fəaliyyətinin davam etdirilib-etdirilməməsinə gəldikdə, DƏM rəsmisi bildirib ki, belə ərazilərdə heç bir müəssisə fəaliyyət göstərmir: “Hər halda 41 dərəcə qeydə alınan ərazilərdə elə müəssisə yoxdur. Azərbaycanda təqribən 2 milyona yaxın ev var. Biri evinin qarşısında işləyirsə, gedib onu tuta bilmərik ki?”
M. Məhərov əlavə edib ki, tikinti şirkətlərinə 35 dərəcədən sonra günorta saatlarında açıq hava şəraitində işləməmək tövsiyə edilib, 41 dərəcə temperaturdan sonra isə onların fəaliyyətinin qadağan edilməsi barədə göstəriş verilir. Əgər müəssisə 41 dərəcə temperaturda işini ciddi qanun pozuntusu ilə həyata keçirirsə, bu zaman ona qarşı cərimə tətbiq edilir.
Sosial
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Xəbər Lenti
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutulub
Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək
Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi yaradılıb - FOTO
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb - FOTO - YENİLƏNİB-3
Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
ADB: Azərbaycan elektromobillər və elektrik avtobuslarından ildə 18 mln. dollara qədər karbon gəliri əldə edə bilər
Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək
Aİ lideri Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb: Bunun mükafatı çox böyük olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
QDTİB-nin "SOCAR Trading"ə ayırdığı maliyyələşmə 70 mln. dollara çatıb
Ursula Fon der Lyayen: Aİ Ermənistana daha 18 milyon avro yardım edəcək
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Bağçalara uşaqların elektron qəbulu başlanılır
Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır
Azərbaycan-Aİ münasibətlərində yeni strateji mərhələ: Bakı Avropanın enerji və bağlantı xəritəsində rolunu daha da gücləndirir - RƏY
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzinin xidmət səviyyəsi açıqlanıb
SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub - FOTO
Bakının bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
"Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
Bakıda maşın piyadanı vuraraq öldürüb
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Kiyevdə matəm elan edilib
Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb