Bank Of Baku

Yaponiyanın dəstəyi ilə Qusarın Piral kəndinin su təchizatı sistemi yenilənib

Yaponiyanın dəstəyi ilə Qusarın Piral kəndinin su təchizatı sistemi yenilənib
# 08 iyul 2010 13:21 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində Qusar rayonunun Piral kəndində su təchizatı sisteminin inkişafı layihəsinin başa çatması ilə əlaqədar rəsmi tədbir keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki və Qusar ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, 2200 sakini olan Piral kəndinin davamlı şəkildə içməli su ilə təmin olunması üçün “Gənclər inkişaf naminə” İctimai Birliyinin təqdim etdiyi layihəyə Yaponiya səfirliyi tərəfindən 88 min 821 ABŞ dolları məbləğində vəsait ayrılıb.

Səfir M. Oki deyib ki, Yaponiya səfirliyi Azərbaycanın bölgələrində təhsil, səhiyyə sahəsində bir sıra layihələr həyata keçirib: “Hazırkı layihə səfirlik tərəfindən Azərbaycanda həyata keçirilən 14-cü su təchizatı layihəsidir. Bu, həm də Yaponiya səfirliyi tərəfindən Qusar rayonunda icra olunan üçüncü layihədir. Biz bundan sonra da əlimizdən gələn köməkliyi göstərməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR