Bank Of Baku

Vətəndaşın pozulmuş mülkiyyət hüququ Ombudsmanın müdaxiləsi ilə bərpa edilib

Vətəndaşın pozulmuş mülkiyyət hüququ Ombudsmanın müdaxiləsi ilə bərpa edilib
# 08 iyul 2010 15:11 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər sakini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, yaşadığı binanın sökülməsi ilə əlaqədar olaraq, yeni mənzilə köçə bilmədiyini, bu məsələ ilə bağlı etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirib, hüquqlarının müdafiəsi istiqamətində müvafiq kömək göstərilməsini Ombudsmandan xahiş edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini Nərimanov rayon İcra Hakimiyyətinə tapşırıb. Görülmüş tədbirlər nəticəsində ərizəçinin adına Ə. Əliyev küçəsi, 26 ünvanındakı 6 nömrəli binada ümumi sahəsi 90,4 kvadratmetr olan ikiotaqlı mənzilə order yazılıb, vətəndaş təmir işləri üçün pul kompensasiyası ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR