Bank Of Baku

Azərbaycanda «İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları» təsdiqlənib

Azərbaycanda «İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları» təsdiqlənib
# 08 iyul 2010 15:30 (UTC +04:00)
Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, qərarda immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozduqda, Azərbaycan Daxili İşlər Nazirliyinin, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və ya məhkəmənin qərarı əsasında Azərbaycanın hüdudlarından kənara çıxarıla bilməsi qeyd olunub.

Qərarda həmçinin Azərbaycanın ərazisini tərk etməkdən boyun qaçıran immiqrant statusu olmayan əcnəbi və vətəndaşlığı olmayan şəxs müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və məcburi qaydada Azərbaycanın hüdudlarından kənara çıxarılması və digər maddələr öz əksini tapıb.

Qeyd edək ki, qərar bu ilin iyul ayının 1-dən qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR