Bank Of Baku

YAP Qadınlar Şurası Lerikdə xeyriyyə aksiyası keçirib

YAP Qadınlar Şurası Lerikdə xeyriyyə aksiyası keçirib
# 08 iyul 2010 16:53 (UTC +04:00)
Lerik. Ağəddin Babayev-APA. Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə Lerik rayonunda keşirilən xeyriyyə aksiyası başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, Lerik Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş tutan bir həftəlik aksiya zamanı Bakıdan göndərilmiş 12 nəfərlik təcrübəli həkim briqadası 861 uşağı dioqnostik müayinədən keçirməklə, onlara müvafiq müalicə kursu təyin edib, həmçinin 78 uşaq müxtəlif diaqnozla paytaxtdakı tibb müəssisələrinə müalicə olunmağa göndərilib. Lerik MRX-nın baş həkimi Mübariz Ağayev APA-nın yerli bürosuna tibbi müayinələr zamanı uşaqlarda əsasən revmatizm, böyrək və əsəb xəstəliklərinin daha çoxluq təşkil etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR