Bank Of Baku

Məleykə Abbaszadə: “III qrupda ixtisas seçiminə buraxılan bütün abituriyentlər ixtisaslarını düzgün qeyd etsələr, onların hamısı ali məktəbə daxil ola bilər”

Məleykə Abbaszadə: “III qrupda ixtisas seçiminə buraxılan bütün abituriyentlər ixtisaslarını düzgün qeyd etsələr, onların hamısı ali məktəbə daxil ola bilər”
# 09 iyul 2010 09:09 (UTC +04:00)
Əslində daha çox abituriyentin nəticəsi ləğv edilə bilərdi. Lakin biz 250 baldan yuxarı nəticə göstərən, lakin imtahan qaydalarını pozanların nəticəsini ləğv edirik. Köçürənlər isə 100-150 bal toplayanlar olur”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahan qaydalarının pozulması ilə bağlı faktlar olmasaydı, III qrup üzrə imtahanın nəticələri daha tez elan edilə bilərdi: “İmtahan qaydalarını pozaraq telefon gətirməyə cəhd edənlər daha çox qızlar olub”.

M. Abbaszadənin sözlərinə görə, III qrup üzrə 8435 nəfər ixtisas seçiminə buraxılıb: “Amma bu qrup üzrə plan yeri 8906-dır. Bu, o deməkdir ki, ixtisas seçiminə buraxılan bütün abituriyentlər ixtisaslarını düzgün qeyd etsələr, hamısı daxil ola bilər. Amma bütün abituriyentlər eyni ixtisasları yazsalar, həmin ixtisaslar üzrə plan yerləri dolacaq, qalanları boş qalacaq”.

TQDK sədri qeyd edib ki, III qrup üzrə 350-250 bal toplayanlar yalnız ödənişli əsaslarla oxuyacaqlar. Onun bildirdiyinə görə, dövlət sifarişli plan yerləri 2282 olsa da, bu yerlər üzrə müsabiqəyə buraxılmaq üçün 350-dən yüksək nəticə göstərənlərin sayı 4225 nəfərdir.

M. Abbaszadə əlavə edib ki, Polis Akademiyasına minimal keçid balı 372, Milli Təhlükəsizlik Akademiyasına 430 bal olub. Adıçəkilən hər bir məktəbə artıq 5 nəfər daxil ola bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR