Bank Of Baku

Azərbaycanda ümumvətəndaşlıq pasportlarının verilmə müddətinə görə müəyyən olunan dövlət rüsumunun məbləği açıqlanıb

Azərbaycanda ümumvətəndaşlıq pasportlarının verilmə müddətinə görə müəyyən olunan dövlət rüsumunun məbləği açıqlanıb
# 09 iyul 2010 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əli Əliyev bildirib ki, ümumvətəndaşlıq pasportları vətəndaşlara bir ay müddətinə verilirsə, buna görə 40 manat rüsum ödənməlidir: “Əgər vətəndaş işi ilə əlaqədar 5 iş günü müddətində pasport almaq istəyirsə, o zaman rüsumun məbləği 120 manat təşkil edir. Həmçinin vətəndaşların xəstəliyi ilə əlaqədar müstəsna hallarda ümumvətəndaşlıq pasportunu 48 saat müddətində almaq da mümkündür. Belə olan halda isə vətəndaşın xəstəliyi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumundan arayış tələb olunur. Tələb olunan arayış təqdim olunarsa, vətəndaş 48 saat müddətinə ümumvətəndaşlıq pasportu ala bilər. Bu zaman rüsum 40 manat olaraq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR