Bank Of Baku

“Qadın Konsensus Mərkəzi” Bakı və Sumqayıtda keçirdiyi sorğunun nəticələrini açıqlayıb

“Qadın Konsensus Mərkəzi” Bakı və Sumqayıtda keçirdiyi sorğunun nəticələrini açıqlayıb
# 09 iyul 2010 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsi çərçivəçində Bakı və Sumqayıtda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, millət vəkili Aynur Quliyeva layihə çərçivəsində keçirilən dəyirmi masada bildirib ki, sorğu 100-ə qədər vətəndaşı əhatə edib. Respondentlərin 2 faizi “Təhlükəli dini sektalara ehtiyac varmı” sualına “bəli”, 68 faizi “xeyr”, 29 faizi isə əleyhinə olaraq daha sərt cavab verib. Rəyi soruşulanların 77 faizi qeyri-ənənəvi dini təriqətlərdən bəhs edərkən əsasən vəhhabilik və nurçuluq haqqında məlumatlı olduğunu söyləyib. Onların 16 faizinin qeyri-ənənəvi dini sektaların, əsasən də vəhhabi və nurçu olduğu bəlli olub.

“Qadın Konsensus Mərkəzi” layihə çərçivəsində jurnalist yazıları müsabiqəsi də elan edib. Müsabiqədə yer tutan yazıların müəlliflərinə mükafatlar təqdim olunacaq.

Dəyirmi masada ekspertlər, dini ictimai birliklərin rəhbərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR