Bank Of Baku

Ələt-Hacıqabul magistral yolunun ətrafında yeni salınmış yaşıllıq ərazi çəyirtkə sürülərinin hücumuna məruz qalıb

Ələt-Hacıqabul magistral yolunun ətrafında yeni salınmış yaşıllıq ərazi çəyirtkə sürülərinin hücumuna məruz qalıb
# 09 iyul 2010 10:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik tərəfindən Bakı-Ələt-Hacıqabul magistral avtomobil yolunun Atbulaq-Hacıqabul mühafizə zolağının 28 kilometrlik hissəsində 112 hektar ərazidə qoruyucu yaşıllıq zolağı salınıb. Lakin son günlər ziyanvericilərdən olan Mərakeş və Asiya çəyirtkə sürüləri havadan görünən yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərində 20-25 hektar ərazidəki bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək onları tamamilə çılpaq vəziyyətə salıblar. Mütəxəssislərin rəyinə görə bu ağac və kolların öz yarpaq örtüyünü bərpa edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqaladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri görülməsinə baxmayaraq vəziyyətdən hələ də çıxmaq mümkün olmayıb və bu səbəbdən Meşələrin İnkişafı Departamenti fövqaladə hal vəziyyətinə keçib. Nazirlikdən bildiriblər ki, bundan sonra belə halların qarşısı kimyəvi mühafizə metodları ilə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR