Bank Of Baku

Həftə sonu Bakıda havanın hərarəti 41 dərəcəyə yüksələcək

Həftə sonu Bakıda havanın hərarəti 41 dərəcəyə yüksələcək
# 09 iyul 2010 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən isti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-12-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyulun 10-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

İyulun 11-də hava şəraitinin şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

İyulun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28, gündüz 35-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27, gündüz 34-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə təşkil edəcək.

İyulun 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28, gündüz 36-40, dağlarda gecə 15-20, gündüz 28-23 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR