Bank Of Baku

Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının illik iclasında iştirak edib

Ombudsman Aparatının əməkdaşı Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının illik iclasında iştirak edib
# 09 iyul 2010 14:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının Moskvada keçirilən illik beynəlxalq konfransında iştirak edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, həmin assosiasiyanın iclasları ildə bir dəfə keçirilir və beynəlxalq hüququn müxtəlif problemlərinə həsr olunur. Builki iclas “Faşizm üzərində qələbənin 65 illiyi və beynəlxalq hüquq” mövzusuna həsr edilib.

Z. Əliyev Avropa İnsan Hüquqları Konvensiyasının qəbul olunmasının 60 illiyi ilə bağlı çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR