Bank Of Baku

Tiflisdə vərəm əleyhinə beş günlük treninq keçirilib

Tiflisdə vərəm əleyhinə beş günlük treninq keçirilib
# 09 iyul 2010 16:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə vərəm əleyhinə beş günlük treninq başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, treninqlər “SPS” və “MSN” beynəlxalq proqramları çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə baş tutub.

“MDB ölkələrində vərəm xəstəliyi ilə mübarizə proqramı və keyfiyyətli dərmanların alınması sahəsində menecerlik” mövzusunda keçirilən kursu Avropa və Amerika mütəxəssisləri aparıblar. Tədbirdə bütün MDB ölkələrindən nümayəndələr iştirak edib. Treninqlərdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun məsləhətçisi Aleksandr Polişuk, ABŞ-dan “MSN” təşkilatının əczaçılıq meneceri Andrey Zaqorski, “Global DRUG FACİLİTY” beynəlxalq proqramın əməkdaşı Silas Holland və başqaları mühazirələr oxuyublar.

Azərbaycanda həyata keçirilən vərəm əleyhinə Milli proqramın baş meneceri, Bakıdakı ağ ciyər xəstəlikləri institutunda aptek müdiri işləyən Vəfa Şıxlinskaya APA-ya açıqlamasında bildirib ki, tədbirdə məqsəd vərəmlə mübarizədə dərmanların alınması və keyfiyyət məsələsi ön sıraya çəkilib: “Biz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə tanış olduq. Çünki müasir zamanda vərəm hələ də müalicəsi tələb olunan xəstəlikdir. Qlobal Fondun dəstəyi ilə biz dərmanlarda insan orqanizminə ziyan verən maddələrin olmaması və keyfiyyətli dərmanların alınması üçün zəngin informasiya aldıq. Bizə dərman təchizatı barədə məlumat verildi, digər ölkələrin təcrübəsindən bəhrələndik, həm də fikir mübadiləsi apardıq və mühazirələrdən sonra Gürcüstanın səhiyyə ocaqlarında olduq, vərəm xəstəliyi ilə mübarizə metodları ilə tanış olduq. Bütün bu öyrəndiklərimizi vərəm əleyhinə milli proqramda istifadə edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR