Bank Of Baku

Ötən ay Dövlət Miqrasiya Xidməti 40 əcnəbi vətəndaşı Azərbaycandan deportasiya edib

Ötən ay Dövlət Miqrasiya Xidməti 40 əcnəbi vətəndaşı Azərbaycandan deportasiya edib
# 10 iyul 2010 09:21 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində 881 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 185 nəfərinin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamları leqallaşdırılıb, 656 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan qaydada 48 saat ərzində ölkəni tərk etmə, 40 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR