Bank Of Baku

Altıağacda Bakı Dövlət Universitetinin Elmi Şurasının iclası keçirilib - FOTO

Altıağacda Bakı Dövlət Universitetinin Elmi Şurasının iclası keçirilib - <font color=red>FOTO</font>
# 10 iyul 2010 10:47 (UTC +04:00)
Bakı – APA. İyulun 9-da Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında universitetin Elmi Şurasının iclası keçirilib. BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor Abel Məhərrəmov çıxışında Boloniya prosesindən, bu üsulun tələblərinə uyğun olaraq BDU-da həyata keçirilmiş tədbirlərdən, əldə olunmuş nailiyyətlərdən, universitetin beynəlxalq əlaqələrindən bəhs edib.

Tədris işləri üzrə prorektor Vüsət Əfəndiyev isə 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə danışıb. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər.

Çıxışlardan sonra tədris ilinin yekunları üzrə “İlin müəllimi”, “İlin kafedra müdiri”, “İlin dekanı” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini, icra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR