Bank Of Baku

Türkiyəli həkim: “Türkiyədə cins şalvar istehsalında çalışmış azərbaycanlı fəhlələr mütləq həkimə müraciət etməlidir” – FOTO

Türkiyəli həkim: “Türkiyədə cins şalvar istehsalında çalışmış azərbaycanlı fəhlələr mütləq həkimə müraciət etməlidir” – <font color=red>FOTO </font>
# 10 iyul 2010 14:50 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “1990-2006-cı illər arasında Türkiyəyə Azərbaycandan, Moldovadan, Ukraynadan, Ermənistandan, Bolqarıstandan, Rumıniyadan işçilər gəlib. Bu işçilərin bir çoxu toxuculuq fabriklərində cins şalvarların ağardılması işi ilə məşğul olub. Bu məqsədlə müxtəlif metodlardan istifadə edilib ki, bunlardan biri də cins şalvarlara qum püskürdülməsidir. Qum püskürdülərkən heç bir qoruyucu tədbir görülmədiyi üçün işçilər qum tozu udublar. Qum tozu müalicəsi olmayan və ölümlə nəticələnə bilən bir xəstəliyə yol açır. Silikozis adlanan bu xəstələyə kömür və qızıl mədənlərində işləyənlərdə rast gəlinir. Ancaq cins şalvarların ağardılması üçün silika maddəsindən istifadə edildiyinə görə ilk dəfə olaraq toxuculuq sektorunda da silikozis xəstəliyinə rast gəlindi”. Bu sözləri APA-ya açıqlamasında İstanbul Universiteti Çapa tibb fakültəsinin kafedra müdiri, professor Zəki Kılıcaslan deyib. O, Türkiyədə bu xəstəliyə yaxalanmış 46 xəstə müəyyənləşdirdiklərini söyləyib: “Onların yaşı 20-30 arasındadər və müalicə olunmaları mümkün deyil. Ancaq biz bu xəstəliyə yaxalanan təxminən 5 min xəstə olduğunu düşünürük. Bəzi xəstələr əlac olmadığına görə bizə müraciət etmirlər. Bundan başqa, xaricdən gələn işçilərdə bu xəstələyin olduğuna şübhə etmirik. “Arena” televiziya proqramı bu xəstəliklə bağlı geniş reportaj verdi. Ondan sonra bu işlə məşğul olan emalatxana sahibləri və işçilər cins şalvarı ağartma işinə son qoydular, xaricdən gələnlər də ölkələrinə qayıtdılar. Mən buradan Azərbaycandakı işçilərə müraciət edib deyirəm ki, 1990-2006-cı illərdə Türkiyənin toxuculuq sektorunda cins şalvar ağardılması işi ilə məşğul olanlar mütləq həkimə müraciət etsinlər. Bu, mühüm problemdir. Biz bu işçilərin hüquqlarını müdafiə etmək üçün “Cins şalvar ağardan işçilərlə həmrəylik platforması” yaratmışıq. Bu işçilərin sığortası olmasa da, onların pulsuz müalicə edilməsi haqqı əldə etmələrinə nail olduq. Xəstələyin çarəsi olmasa da, biz bu sektorda çalışan işçilərin ömrünü uzatmağa çalışırıq, onlara əlillik maaşı verilməsi üçün də mübarizə aparırıq. Azərbaycanlı həmkarlarıma müraciət edib deyirəm ki, gəlin, əməkdaşlığımızı gücləndirək. Biz çox səmərəli müştərək işlər görə bilərik. Azərbaycandan tekstil sektorunda işləyənlər bizə müraciət edərsə, biz onların xəstələlikləri ilə bağlı lazımi raportları verə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR