Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 159 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 159 akt və protokol tərtib olunub
# 12 iyul 2010 07:13 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları 2010-cu ilin 15-30 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 159 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi 56 göstəriş verilib.

Ümumilikdə 34 iş üzrə 45950 manat məbləğində cərimə tətbiq edilib və bunun 25735,77 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 26 iş üzrə 4811,24 manat məbləğində iddia qaldırılıb, bunun (ötən ildən qalanla birlikdə) 23587,12 manatı ödənilib. İdarə və müəssisələrə 453 iş üzrə 66240,1 manat məbləğində ödəmə tətbiq edilib, bunun (ötən ildən qalanla birlikdə) 71028,33 manatının ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 7 işdən 4-nə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 16 işdən 5-nə, məhkəmələrə göndərilmiş 8 işdən (ötən ildən qalanla birlikdə) 12-nə baxılaraq müvafiq tədbir görülüb.

Su ehtiyatlarının mühafizəsi üzrə 20 akt və protokol tərtib olunub və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 11 icrası məcburi göstəriş verilib. 134 iş üzrə 32739,18 manat məbləğində ödəmə tətbiq edilib və bunun (ötən ildən qalanla birlikdə) 34052,98 manatı ödənilib.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 41 akt və protokol tərtib olunub, aşkarlanan çatışmazlıqların aradan qaldırılması məqsədilə 21 icrası məcburi olan göstəriş verilib. 10 iş üzrə 10724,17 manat məbləğində cərimə, 226 iş üzrə isə 19705,77 manat məbləğində ödəmə tətbiq edilib və bunun (ötən ildən qalanla birlikdə) 18970,31 manatının ödənilməsi təmin olunub. Dəymiş ziyanla bağlı 2 iş üzrə 126 manat məbləğində iddia qaldırılıb.

Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 10 akt və protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 1 icrası məcburi olan göstəriş verilib. Dəymiş ziyanla bağlı 4 iş üzrə 750 manat məbləğində iddia, 11 iş üzrə 645 manat məbləğində ödəmə, 1 iş üzrə isə 200 manat məbləğində cərimə tətbiq edilib.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 3 akt və protokol tərtib olunub, 3 icrası məcburi olan göstəriş verilib. 6 iş üzrə 23100 manat məbləğində cərimə, 3 iş üzrə 2500 manat məbləğində ödəmə tətbiq edilib və ondan 2320 manatın ödənilməsi təmin olunub.

Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 55 akt və protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 19 icrası məcburi olan göstəriş verilib. 24 iş üzrə 17250 manat məbləğində cərimə, 79 iş üzrə 10650,15 manat məbləğində ödəmə tətbiq edilib və bunun (ötən ildən qalanla birlikdə) 15040,04 manatı ödənilib.

Fauna və floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 26 akt və protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 1 icrası məcburi olan göstəriş verilib. 3 iş üzrə 5400 manat məbləğində cərimə, dəymiş ziyanla bağlı 9 iş üzrə isə 622,54 manat məbləğində iddia qaldırılıb və bunun (ötən ildən qalanla birlikdə) 3038,02 manatının ödənilməsi təmin edilib.

Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunub. Dəymiş ziyanla bağlı 8 iş üzrə 3233 manat məbləğində iddia qaldırılıb və bunun (ötən ildən qalanla birlikdə) 5694 manatı ödənilib. Dörd iş üzrə isə 200 manat məbləğində cərimə ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR