Bank Of Baku

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatıb
# 12 iyul 2010 07:15 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 11-də Respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari tədris ilində I ixtisas qrupu üzrə 35769 abituriyent ərizə təqdim edib. İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılıb.
Saat 06:00-dan etibarən imtahan rəhbərləri mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə müvafiq sənədlərlə imtahan binalarına yola salınıblar. İlk olaraq Naxçıvan və Gəncə şəhərlərində keçirilən imtahan prosesini idarə etmək üçün cəlb olunmuş TQDK nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər yola salınıb.
İmtahan Bakı şəhərində 44, Gəncədə 7, Sumqayıtda 8, Naxçıvanda 2 binada keçirilib. İmtahanın idarə olunmasında 258 imtahan rəhbəri və 2413 nəzarətçi-müəllim iştirak edib.
İmtahan zamanı təhlükəsizliyi təmin etmək məqsədilə Xususi Dovlət Muhafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən imtahan binalarının mühafizəsi təşkil olunub. İmtahanın gedişi ərzində imtahan binalarının qarşısında Səhiyyə Nazirliyinin növbətçi Təcili Tibbi Yardım heyəti, həmçinin Fovqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları olublar.
İmtahanın gedişini 20 kütləvi informasiya vasitəsinin 35-dək nümayəndəsi izləyib.
TQDK abituriyentlərin rahat şəkildə imtahan vermələri, öz biliklərini maksimal dərəcədə nümayiş etdirmələri üçün bütün metodiki və təşkilati işləri həyata keçirib və imtahan prosesi uğurla başa çatdırılıb.
İyulun 12-dən etibarən cavab kartlarının emalına başalanacaq və imtahanın nəticələri yaxın günlərdə elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR