Bank Of Baku

Azərbaycan ərazisində isti hava şəraitinin dəyişəcəyi gözlənilir

Azərbaycan ərazisində isti hava şəraitinin dəyişəcəyi gözlənilir
# 12 iyul 2010 10:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ölkə ərazisində hakim olan isti hava şəraitinin dəyişəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, iyulun 13-dən 17-nə kimi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı proqnozlaşdırılır.

A. Verdiyev bu gün Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, şimal-şərq küləyinin sürəti 7-12 m/s olacağını, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcəyini bildirib. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 36-39 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

İyulun 13-də hava günəşli olacaq. Şimal, şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 isti təşkil edəcək.

İyulun 14-də havanın az buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bu gün havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR