Bank Of Baku

Şirvandakı daşqın bölgəsində olan insanların məskunlaşdığı çadır şəhərciyi ləğv edilib

Şirvandakı daşqın bölgəsində olan insanların məskunlaşdığı çadır şəhərciyi ləğv edilib
# 12 iyul 2010 12:04 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Şirvandakı çadır şəhərciyi tamamilə ləğv edilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna yerli qurumlardan məlumat daxil olub. Şəhərciyin Şirvan şəhər peşə liseyində və 21 saylı məktəbdə Sabirabad rayonundan baş verən daşqınlardan sonra müvəqqəti məskunlaşmış sakinlər evlərinə qaytarılıb.

Qeyd edək ki, Şirvan şəhərində quraşdırılmış 204 çadırda daşqınlar zamanı Sabirabadın Qaragüney, Qarağac, Ələmbəyli, Azadkənd, Sarxanbəyli, Bala Həşimxanlı, Ulacalı və Mürsəlli kəndlərinin 1600, 21 saylı orta məktəbə 400 və Şirvan peşə liseyində isə 120 sakin məskunlaşdırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR