Bank Of Baku

Ukrayna Milli Aviasiya Akademiyası Beynəlxalq Dədə Qorqud Fondu “Qələbə” medalı ilə təltif edib

Ukrayna Milli Aviasiya Akademiyası Beynəlxalq Dədə Qorqud Fondu “Qələbə” medalı ilə təltif edib
# 12 iyul 2010 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Beynəlxalq Dədə Qorqud Fondu və “Azərbaycan Dünyası” jurnalı Ukrayna Milli Aviasiya Akademiyası tərəfindən II Dünya müharibəsinin rəmzi olan “Qələbə” medalına layiq görülüb. Bu barədə APA-ya bu günlərdə Ukraynadan səfərdən qayıdan Beynəlxalq Dədə Qorqud Fondunun prezidenti, “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov məlumat verib. Beynəlxalq Dədə Qorqud Fondu və “Azərbaycan Dünyası” jurnalı bu mükafata Bakıya “Qəhrəman şəhər” statusunun verilməsini təbliğ etdiyi üçün layiq görülüb. E. İsmayılovun sözlərinə görə, medalı Ukrayna Milli Aviasiya Akademiyasının rektoru, akademik Kulik özü təqdim edib: “Fondun belə bir medala layiq görülməsi onu təsdiqləyir ki, apardığımız təbliğat öz effektini verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR