Bank Of Baku

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru BDU-nun qonağı olub – FOTO

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru BDU-nun qonağı olub – <font color=red>FOTO </font>
# 12 iyul 2010 14:32 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALСO) rektoru, professor Jak Löqranı qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qonaq rektoru olduğu institutdan danışaraq deyib ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda 96 dil, o cümlədən 1999-cu ildən Azərbaycan dili tədris olunur, 2008-сi ilin noyabrında isə Azərbayсan dili fakültəsi açılıb. Azərbaycan dilinin daha səmərəli tədrisində maraqlı olduğunu söyləyən Jak Löqran BDU ilə məhz bu baxımdan əməkdaşlığa önəm verdiyini bildirib.

A. Məhərrəmov isə BDU-da fransız dili ilə yanaşı, artıq 3 ildir ki, fransız ədəbiyyatının da tədris olunduğunu diqqətə çatdırıb. Sonda qərara alınıb ki, Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dilinin, BDU-da isə fransız dili və ədəbiyyatının daha səmərəli tədrisi üçün mütəxəssis mübadiləsi həyata keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR