Bank Of Baku

Magistraturaya qəbul olanların ali məktəblərdə qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olanların ali məktəblərdə qeydiyyat müddəti uzadılıb
# 13 iyul 2010 08:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Magistraturaya qəbul olanların ali məktəblərdə qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun adı qəbul olanlar siyahısından xaric ediləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməsi üçün TQDK tələb olunan sənədləri təqdim etmək üçün iyulun 1-dən iyulun 12-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) müddət müəyyənləşdirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR