Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13% artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13% artıb
# 13 iyul 2010 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısı ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 13,1% artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1 052 nəfər əcnəbi vətəndaş uçota alınıb. Beləliklə, 2010-cu il iyulun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 9 081 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında, əvvəlki hesabat dövrlərində olduğu kimi, Türkiyə vətəndaşları 5 118 nəfərlə çoxluq təşkil edir.

Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1 303 nəfərə çatıb. Üçüncü yerdə olan Rusiya vətəndaşlarının sayı isə hazırda 585 nəfər təşkil edir. Sonrakı yerlərdə İran (295), Hindistan (236), Çin (131), Bosniya və Herseqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Ukrayna (85), Filippin (84), Pakistan (78), Qazaxıstan (69), Özbəkistan (66), Malayziya (65), Almaniya (61), Türkmənistan (53), İtaliya (50), ABŞ (44) və digər ölkələr qərarlaşıb.

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR