Bank Of Baku

Bakı Dövlət Universiteti ilə Polşa Dövlət Vrotslav Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb - FOTO

Bakı Dövlət Universiteti ilə Polşa Dövlət Vrotslav Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb - <font color=red> FOTO</font>
# 13 iyul 2010 11:43 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Polşa Dövlət Vrotslav Universitetinin rektoru, professor Roman Kolaczın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitetin mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor Abel Məhərrəmov qonaqları BDU-da görməkdən məmnunluğunu ifadə edib, universitet haqqında onları maraqlandıran məsələlərdən danışıb. Roman Kolacz isə bildirib ki, rəhbərlik etdiyi universitetdə 11 min tələbə var və əsasən ekoloji problemlər, kənd təsərrüfatı, geodeziya, kartoqrafiya, biologiya, biotexnologiya və s. ixtisaslar tədris olunur. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Görüşdə universitetlərin birgə layihələr həyata keçirməsi, nanotexnologiya, immunologiya, biotexnika sahəsində əməkdaşlıq etməsi, tələbə, aspirant və müəllim mübadiləsi aparması qərara alınıb. Görüş bu məsələləri özündə əks etdirən əməkdaşlıq protokolunun imzalanması ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR