Bank Of Baku

Gələn il Azərbaycanda təqribən 43 min nəfər sığorta-pensiya sistemini tərk edəcək

Gələn il Azərbaycanda təqribən 43 min nəfər sığorta-pensiya sistemini tərk edəcək
# 13 oktyabr 2010 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn il Azərbaycanda təqribən 39 min pensiyaçı və 3,5 min nəfər sığorta olunan sığorta-pensiya sistemini tərk edəcək. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə «Dövlət Sosial Müdafiə Fondunun 2011-cu il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsində iştirak edən DSMF-nin sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, 2011-ci ildə əmək pensiyasının baza hissəsi 85 manat olacağı, həmçinin qanunvericiliklə pensiyaçılara bu məbləğin üç misli qədər müavinətlərin verilməsi nəzərə alınaraq, pensiyaçılar üzrə dəfn müavinətləri 10 mln. manat, sığortaolunanlar üzrə isə 0,4 mln. manat nəzərdə tutulur.

Gələn il işsizlik müavinəti alanların sayının 5,2 min nəfər olacağı, onların 2,4 min nəfərinin minimum məbləğdə, 2,8 min nəfərinin isə qazanca görə müavinət alacağı proqnozlaşdırılır. Ümumilikdə, gələn il Azərbaycanda işsizlik müavinətlərinin verilməsi üçün DSMF-nin büdcəsində 4,4 mln. manat müəyyənləşdirilib.

Qeyd edək ki, DSMF-nin 2011-ci il büdcəsinin gəlir və xərcləri 1 970,540 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır və bu, cari illə müqayisədə 12,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR